Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:59

Abxaziyada məhkəmə prezident seçkisinin nəticəsini ləğv etdi


Özünü Gürcüstandan müstəqil elan etmiş Abxaziyada Ali Məhkəmənin kassasiya kollegiyası müxalifətin prezidentliyə keçmiş namizədi Alkhas Kvitsiniyanın şikayətini təmin edərək prezident seçkisinin nəticələrini ləğv edib.

Bu qərar qəbul edilərkən müxalifət prezident administrasiyasının və parlamentin qarşısında etiraz aksiyası keçirirdi.

Müxalifətin vahid namizədi olan Kvitsiniya seçkini ikinci turda hazırkı prezident Raul Khadjimba-ya uduzmuşdu.

Abxaziya parlamenti bundan əvvəl prezidenti istefa verməyə çağırmışdı.

Məhkəmə Mərkəzi Seçki Komissiyasına yeni prezident seçkisi üçün tarix müəyyənləşdirməyi tapşırıb.

Khadjimba Rusiyanın RIA Novosti agentliyinə deyib ki, bu məhkəmə qərarından şikayət edəcək.

Abxaziyada müxalifət prezident mühafizəsinin silahlarını ələ keçirib

Abxaziya paytaxtı Suxumidə prezident administrasiyasını ələ keçirən müxalifətçilər mühafizə xidmətinin silah saxlancına girərək silahları götürüblər.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu barədə məlumatı Abxaziya Təhlükəsizlik Şurası verib.

Hakimiyyət bildirir ki, hələlik etirazçılara atəş açılması barədə qərar qəbul edilməyib.

Lakin bu da əlavə olunub ki, zərurət olarsa, belə bir tədbir gələcəkdə istisna edilmir.

Son məlumatlara görə Abxaziya prezidenti Raul Khadjimba və onun istefasını tələb edən müxalifətin nümayəndələri yanvarın 10-da İctimai Palata üzvlərinin iştirakilə danışıqlara başlamalı idilər.

Bu da xəbər verilir ki, Rusiya təhlükəsizlik şurası başçısının müavini Rashid Nurgaliyev də hadisələrlə bağlı Suxumiyə yola düşüb.

Rusiya Gürcüstandan qopduğunu elan etmiş Abxaziyanın müstəqilliyini tanıyan azsaylı ölkələrdən biridir.

Abxaziyada Rusiyanın hərbi bazası var və abxazların əksəriyyəti Rusiya vətəndaşlığına malikdir.

Kreml həm Abxaziyanın hazırkı hakimiyyəti, həm də müxalifəti üzərində təsir gücünə malikdir.

Abxaziyada son böhranın yaranmasına ötən il keçirilmiş prezidnet seçkisi nəticələrinin müxalifət tərəfindən tanınmaması olub.

Yanvarın 9-da Abxaziya müxalifətinin nümayəndələri prezident administrasiyası və parlamenti zəbt etdikdən sonra ölkə başçısının istefası tələb edilib.

Müxalifətin təşkil etdiyi mitinqin iştirakçıları ötən ilin sentyabrında keçirilmiş prezident seçkisi nəticələrinin ləğv edilməsini tələb edirlər.

Bu seçkidə cüzi səs çoxluğu ilə Khadjimba qalib gəlib.

9 müxalifət partiyası seçki nəticələrinin ləğv edilməsini tələb edib və bu barədə məhkəmə vəsatəti verib. Məhkəmə vəsatəti rədd edib.

Hazırda müxalifətin kassasiya şikayəti araşdırılır. Ali Məhkəmə kassasiya şikayətinə yanvarın 10-da baxmalı idi.

Məhkəmənin nə vaxt qərar qəbul edəcəyi bəlli deyil.

Khadjimba istefa verməkdən imtina edib və müxalifəti danışıqlara çağırıb.

Abxaziya 1994-cü ildə separatçı münaqişə başa çatdıqdan sonra Gürcüstandan müstəqilliyini elan edib.

2008-2009-cu illərdə, Rusiya-Gürcüstan müharibəsindən sonra Abxaziyanın müstəqilliyi Moskva və bir neçə başqa ölkə tərəfindən tanınıb.

BMT-yə üzv ölkələrin əksəriyyəti Abxaziyanı Gürcüstanın bir hissəsi kimi tanımaqda davam edir.

Tbilisi separatçı bölgədə keçirilən seçkinin nəticəsini tanımır və Abxaziyanı Rusiya tərəfindən işğal edilmiş ərazi hesab edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG