Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 14:50

Afrikanın Bakıda doğulmuş ən zəngin qadını Rusiya vətəndaşlığı alıb


Isabel dos Santos
Isabel dos Santos

AzadlıqRadiosunun Rus xidməti xəbər verir ki, Afrikanın ən varlı qadını Isabel dos Santos Rusiya vətəndaşlığı alıb.

Bu sahibkarın sərvəti 2, 3 milyard dollar civarında təxmin edilir.

Şərhçilər bildirirlər ki, Rusiya vətəndaşlığı ona Anqolaya ekstradisiya olunmamaq üçün təminat verir.

Anqolada hakimiyyət onun aktivlərinə həbs qoyub və o korrupsiya əməllərində şübhəli bilinir.

Isabel Anqolaya 38 il rəhbərlik etmiş keçmiş prezident José Eduardo dos Santosun böyük qızıdır.

Forbes jurnalının qiymətləndirməsinə görə o Afrikanın ən zəngin insanlarından biridir və Afrika qitəsində ilk milyarder qadındır.

Onun Anqolanın böyük şirkətlərində payı və Portuqaliyada aktivləri var.

2017-ci ildə Anqolanın yeni prezidenti onu Sonangol dövlət neft şirkətinin başçısı vəzifəsindən qovub.

Isabel korrupsiya əməllərində şübhəli bilinir.

2018-ci ildə onun qardaşı korrupsiya şübhəlisdi kimi həbs olunsa da, sonradan sərbəst buraxılıb.

Portuqaliyanın Expresso qəzeti yazır ki, Isabelin vəkili Maltanın ticarət reyestyrinə müştərisinin Rusiya vətəndaşı olması barədə məlumat təqdim edib.

Isabelin anası keçmiş SSRİ vətənadaşıdır. Milyarderin özü Azərbaycanın paytaxtı Bakıda doğulub.

O vaxt afrikalı tələbə və gələcək Anqola prezidenti José Eduardo dos Santos Azərbaycanda təhsil alırdı və burada Tatiana Kukanova ilə ailə qurmuşdu. Onlar sonradan boşanıblar.

Deutsche Welle radiosu ekspertlərə istinadən bildirir ki, Rusiya vətəndaşlığı Isabel dos Santosu Anqolaya ekstradisiya olunmaqdan xilas edə bilər.

Onun özü hazırda Birləşmiş Ərəb Əmirliklərində yaşayır.

Isabel dos Santos özünün Twitter hesabından yazdığı postda Expresso qəzetinin məlumatını dolayısı ilə təsdiq edib.

O bildirib ki, vergi rezidentliyinin dəyişdirilməsində biznesmen üçün heç bir qəbahət yoxdur.

Keçmiş prezidentin qızı korrupsiya ittihamnlarını rədd edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG